Avropadan Amerikaya piyada getmək olar? | Maraqlı məlumat

   Avropadan Amerikaya piyada getmək olar? |    Maraqlı məlumat
  27 May 2024    Oxunub:1765
Avropa qitəsi ilə Amerikanı dünyanın ən böyük okeanı ayırır. Avropalıların Amerikaya ilk dəfə nə vaxt ayaq basdıqları dəqiq bilinmir, amma bu qitənin kəşfi 15- ci əsrin sonunda Kolumbun adı ilə bağlıdır.
Hazırda bu qitələr arasında əsas nəqliyyat vasitəsi kimi təyyarədən, mövsümə uyğun olaraq bəzən də gəmi və tankerlərdən istifadə olunur.

Ancaq qəribə səslənsə də, Avropadan Amerikaya piyada da getmək mümkündür. Bunun üçün xəritəyə nəzər salaq. Sözügedən iki qitənin ən yaxın quru məsafəsi ABŞ-ın Alyaska ştatı ilə Rusiyanın ən qərb bölgəsi olan Şimali Kamçatka arasındadır. Sözügedən ərazidə Berinq dənizi yerləşir. Rusiyadan ABŞ-a ən qısa dəniz məsafəsi 86 kilometrdir.

Üstəlik 86 kilometr boyunca biri Rusiyaya, digəri isə ABŞ-a aid iki ada yerləşir. Şərqdə yerləşən və Rusiyaya aid olan ada Böyük Diomid, qərbdə yerləşən və ABŞ-yə aid olan ada isə Kiçik Diomid anlanır. Bu adalar arasındakı məsafə cəmi 4 kilometrdir.

Qış aylarında dondurucu soyuqlar bu iki ada arasında buzdan körpü yaradır. Və bu hadisə aralarında ən böyük okean yerləşən iki qitənin birindən digərinə piyada getməyə imkan verir.

Adalar arasında 21 saat fərq var. Buna səbəb beynəlxalq saat qurşaqlarının ilk və sonuncu qurşaqlarının məhz bu adalara düşməsidir. Bir sözlə, qısa zamanda bir gün sonraya addım ata bilərsiniz.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti